Roman yaz

Yazar: ryanov @ Dekabr 12, 2008 10:52

t

TEHRAN ƏLİŞANOĞLU

press-Fakt qəzeti, 14-20 aprel 2000

Sadəcə. Qələm götür və yaz.
Yüz il öncə (1896-1899-cu illər arası) Qori seminariyasının məzunu, 26 yaşlı Nəriman (Nəriman Nərimanov) qələm götürüb, bir "balaca roman" yazdı. Və romanda, sadəcə, göstərdi ki, yazmaq lazımdır: "Bahadır adətə görə ruznaməsini götürüb bir neçə şey yazdı..." "Sultan: - Amma indi fikrimi dəyişdirmişəm, düşmüşəm sən düşən dərdə... Biz yazmayanda, kim yazacaqdır?" "Haman oğlan söz verdi ki, Tiflisdə hər nə əhvalat olsa, yazsın..." "Axırda mənə söz verdi ki, Gəncə müsəlmanlarının barəsində bir neçə əhvalat yazsın...". "Bəli, hər bir barədə Badkubənin əhvalatı qeyri-şəhərlərdən artıqraqdır...". Çünki? Romanda oxuyuruq: "... Çünki bayaq dediyim qız qışda oraya gedəcəkdir və öz hissiyyatını söz veribdir ki, yazsın..."

Davamı...

Bir yazıya sözardı

Yazar: ryanov @ Dekabr 10, 2008 12:12

c

CAVANŞİR YUSİFLİ

Roman.azeriblog.com-da köhnə bir yazım “Ədəbi prosesin görünməyən tərəfləri” çap edilib. Bu yazı tam “yadımdan çıxmışdı”. Ona görə dırnaq işlədirəm ki, ötən illər ərzində vəziyyət daha da qəlizləşmiş, siyasət rəyasətə, cəmiyyət qarmaqarışıq kütləyə, ədəbi proses qəşəmxanaya, yafəs türksəsxanaya, muradköhnəqalaxanaya... çevrilib. 

Davamı...

Robert B.Rey. POSTMODERNİZM NƏDİR?

Yazar: ryanov @ Dekabr 9, 2008 5:04

n(Tərcümə və qeydlər: Məsiağa Məhəmmədi)

 

"Modern" sözü özünün işlək və adi mənasında "müasir" anlamını verdiyi üçün "postmodernizm" istilahı lap əvvəldən elmi-fantastik hekayələrin kəlmələri kimi xəyali təsir bağışlayır. Necə demək olar ki, hal-hazırda və indi mövcud olan şey "indidən sonra"1 gələcəkdir? Postmodernizmdəki eksperimental ovqat və onun hər şeyin absurd inkarına meyllənməsi barədə təəssürat belə bir ziddiyyətli təsəvvür doğurur ki, guya postmodernizm mümkünsüz şeylərdən bəhs edir. Bir kəsin "Mən postmodernəm" deməsi eynən kiminsə "Mən yuxuyam" söyləməsinə bənzəyir. Ola bilər ki, belə bir şey baş versin, amma bunun mənası nədir? Şübhəsiz, "modernizm" sözünü "modern" kəlməsinin yerinə qoyub, izah etsək ki, "postmodernizm" dedikdə, biz daha çox incəsənət sahəsində mövcud olan xüsusi bir cərəyanı və tarixi bir prosesi nəzərdə tuturuq, onda bu anlaşılmazlıq aradan qalxar. Bununla belə, əgər məsələni bu cür aydınlaşdırmış olsaq da, yenə "postmodern" və "postmodernizm" sözləri qəribə səslənir. "Postmodernizm" sözünü nə qədər çox işlədiriksə, onun müəmmaları ilə bir o qədər çox qarşılaşırıq.

Davamı...

Ədəbi prosesin görünməyən tərəfləri

Yazar: ryanov @ Dekabr 8, 2008 15:07

c

CAVANŞİR YUSİFLİ

Əslində bütün bəlalar mühitin əyalət çərçivəsinə sığınmasından irəli gəlir. Mühitin, yəni ədəbi mühitin, bir də vaxtilə poetika və estetika sahələrinə sovet ideologiyası vasitəsi ilə yeridilən yalançı, psevdo elm sahələrinin, düşüncədə az qala sümükləşən strukturların. Elə buna görədir ki, indiki çağda hər şeyin ifrat təzyiqdən əyilmiş, deformasiyaya uğramış tərəfləri daha çox meydan sulayır, insanı getdiyi yoldan sapdırır. Ən ifrat meyllərin də təbii yolu (ömrü) olur, - bu yol gedilməli, o qədər «əldən düşüb nazilməlidir ki,» iynə ulduzundan keçsin, özünü tükədə bilsin. Bu dünyada illər boyu ayaq dəyməyən və beləliklə «dünyadan çıxmış», yolunu azsa da, evinin yerini soruşmağa adam tapmayan uşağa bənzəyən yollar da var. 

Davamı...

Samuel Vanyan -“A” romanı (haqqında (tez-tələsik) yazı)

Yazar: ryanov @ Dekabr 8, 2008 1:30

v

HOST-un ideAlogiyası… 

Davamı...

Samuel Vanyan - Roman, yaman, aman hey...

Yazar: ryanov @ Dekabr 5, 2008 18:19

sVə ya S.B. haqqında yazdı S.V.

Əvvəlcə bunu demək istəyirəm ki, bu layihə təqdirəlayiq…
Bu yaxınlarda kultaz.comda Qan Turalın Seymur (XXX) Baycanın sonuncu kitabı – “Körpüsalanlar” haqqında yazdığı palaz boyda bəytərifli yazısına bir şərh yazdım. İndi isə bu şərhi təkrar və yeni şəkildə yeniləşdirmək fikrindəyəm. Və həmin romancıq haqqında bəzi şeylər qeyd etmək istəyirəm. Buna şərait olduğu üçün çox məmnunam.
Onsuz da bu , Azad Yazarlar Ocağının (AYO) çoxdankı və sağalmaz soyuqdəyməsidir. İndiyə qədər ortaya ciddi bir şey qoymayıb bu “azad yazarlar”, qeyri-ciddi bir əsər yazıb onu bir il tərifləmək onlarda bir adətdir. Bu da bir şou! Əlbəttə…

Davamı...

Kimin romanını oxuyursunuz..?

Yazar: ryanov @ Dekabr 4, 2008 20:07

n

Dəyərli blog oxucuları..
Sadəcə bir suala cavab verməyinizi xahiş edirik...

Davamı...

Bir daha tənqid haqqında. Təəssüratlar

Yazar: ryanov @ Dekabr 4, 2008 7:00

c

CAVANŞİR YUSİFLİ

Son zamanların canüzücü və darıxdırıcı atmosferində baş verən hadisələr səndə hər şeydən öncə acı təəssürat yaradır və bu təəssüratla məşhur bir ifadə ilə desək, qələmə sarılmaqdan vaz keçirsən. Bəlkə bütün bu “reaksiyaların” səbəbi odur ki, sən hər şeyi olduğu kimi qəbul etməyi bacarmırsan, vaxtı ötürürsən və vaxta dəxli olmayan işlərlə məşğul olursan. Hər şeyi olduğu kimi qəbul eləmək, yəni öz umduğunu bir kənara buraxıb, dünyaya və gerçəkliyə normal baxmaq (... günün qızıl gözlərinin içinə düz bax – Əli Kərim) çox şeyin “köpünün alınmasına” birdən səbəb ola bilər? 

Davamı...

Necə roman yazmalı

Yazar: ryanov @ Dekabr 2, 2008 13:55

sima

 SİMA  ƏNNAĞI

İndi hər kəs roman yazmaq istəyir. İstedadı olan özü yazır, olmayan - pulla yazdırır. Bu yaxınlarda internetdə gəzişərkən roman yazmağa aid məsləhətlər tapdım. Xeyli güldüm, amma bu məsləhətləri ciddi qəbul edənlər də varmış...
Haydı, romançı şöhrətindən bayılanlar, qələmlərə sarılın!

Davamı...

Romançı, romanın varmı...?

Yazar: ryanov @ Dekabr 2, 2008 11:48

n

Demək belə..." Roman" adlı saytin resmi achilishini elan eleyirik...

Klassik roman, muasir roman, postmodern roman, aile romani, kuche romani, metbex romani, umumiyyetle, bildiyiniz roman ve roman adina bize soxushdurulan her shey haqqinda bu saytda fikirlerinizi yaza bilersiz... Esse yazin, pritcha yazin, hecada yazin, serbestde yazin, tenqid yazin, tehlil yazin, terif yazin, sevdiyiniz/sevmediyiniz romanlardan, roman qehremanlarindan sitat getirin, qisasi, gelin aktiv olaq, bu sayti chagdash Azerbaycan edebiyyati'nin - men roman yaziram haa - deye ustumuze lovgalanan butun numayendelerinin kabusuna chevirek... ugurlar... yazilarinizi ryabina06@list.ru unvaninda gozleyirik...


  Yazılar cəmi: 11    Sonrakı səhifə »

Blog Haqqında


ryanov

Klassik roman, muasir roman, postmodern roman, aile romani, kuche romani, metbex romani, umumiyyetle, bildiyiniz roman ve roman adina bize soxushdurulan her shey haqqinda bu saytda fikirlerinizi yaza bilersiz... Esse yazin, pritcha yazin, hecada yazin, serbestde yazin, tenqid yazin, tehlil yazin, terif yazin, sevdiyiniz/sevmediyiniz romanlardan, roman qehremanlarindan sitat getirin, qisasi, gelin aktiv olaq, bu sayti chagdash Azerbaycan edebiyyati'nin - men roman yaziram haa - deye ustumuze lovgalanan butun numayendelerinin kabusuna chevirek... ugurlar... yazilarinizi
ryabina06@list.ru
unvaninda gozleyirik...

Axtarış

Bölmələr

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Çağdaş Azərbaycan romanı sizi qane edirmi..?





Açar sözlər

Sayqaç

İndi blogda: 1
Keçən ayın hiti: 571
Dünənki hit: 14
Bugünki hit: 11
Ümumi hit: 3426

Müxtəlif